Elin sözü

Elin sözü "Elin sözü" Media Agentliyi

15/11/2025

Yeni icra başçıları rüşvəti parkda alırlar! Sabiq başçıdan sensasion açıqlamalar

Sabiq İcra Başçısı Ramiz Mehdiyevin kürəkənini qovub

13/11/2025

Deputat Paradla bağlı hərbi sirləri açdı! Gizli iştirak edən qonaqların kimliyi bilindi!
Sakit-səssiz Bakıdakı parada gəlib-gedən ərəb şahzadə kimdir?

12/10/2025

Səhiyyə nazirliyinin ekspertindən dəhşətli açıqlama: broyler toyuğu xərçəng, diabet, piylənmə xəstəliyi yaradır!
İstehsalçıların nümayəndəsi kəskin cavab verib, sübut tələb etdi! Səhiyyə nazirliyinin eksperti sualdan yayınıb, efiri tərk etdi!


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası

08/10/2025

"SƏHVİNİZİ ETİRAF ETDİNİZ" SÖZÜ QALMAQAL YARATDI! QARŞILIQLI İTTİHAM, MƏHKƏMƏ HƏDƏSİ! AĞLASIĞMAZ!

BROYLER TOYUĞU XƏRÇƏNG, DİABET, PİYLƏNMƏ YARADIR İTTİHAMINA GÖRƏ İSTEHSALÇI İLƏ HƏKİM ÜZ-ÜZƏ GƏLDİ!

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası

04/10/2025

DÜNYANIN QABAQÇIL ÖLKƏLƏRİNDƏ TOYUQ ƏTİ QADAĞAN OLUNDU? ŞOK İDDİA!

PROFESSORUN İDDİASINA SƏRT CAVAB! QALMAQAL!


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası

📢 Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli:"Ətlik ...
25/09/2025

📢 Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli:

"Ətlik istiqamətdə ixtisaslaşan quşçuluq təsərrüfatlarının istehsalı artırması üçün bir sıra mühüm məsələlərin həllinə ehtiyac var. Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir. Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Belə ki, sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istyəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir. Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, ”kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır".
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası

❓️Quşçuluq təsərrüfatında işçilərin hüququ POZULUR?"Xəmsə quşçuluq” təsərrüfatının sahibi, Azərbaycan Quş əti, yumurta i...
04/09/2025

❓️Quşçuluq təsərrüfatında işçilərin hüququ POZULUR?

"Xəmsə quşçuluq” təsərrüfatının sahibi, Azərbaycan Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiyasının sədri Mürvət Həsənli hafta.az-ın sorğusuna cavab olaraq bildirib ki, təsərrüfatları 2008-ci ildən fəaliyyət göstərir və indiyədək heç bir işçiyə qarşı haqsızlıq edilməyib.

İşçilərinin iş saatına aydınlıq gətirən M.Həsənli sahibkarı olduğu təsərrüfatda belə bir vəziyyətin yaşanmadığını dedi:

“Bizim təsərrüfatımızda iş saatları adətən səhər saat 08:00-da başlayır, axşam 17:00-da bitir. Nahar vaxtı 13:00-dan 14:00-a kimidir. Bizdə iş saatı rejiminə ciddi riayət edilir. Yəni damazlıq təsərrüfatında məsələn, saat səhər 08:00-da iş başlayır, 16:00-da bitir. Ət istehsalı ilə bağlı olan sahələrdə də əgər növbəli iş rejimi olarsa, 08:00-dan 17:00-dək, kəsim olduqda isə ikinci növbənin işçiləri saat 17:00-dan axşam saat təxminən 11:00-a -dək iş bitir. Yəni iş saatımız 8 saatı keçmir”.

🔗 Yazının tam mətni şərh bölməsində...👇


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası

🥚 Yumurtanı faydalı qida növü edən bu xüsusiyyətləridir:🔸️ tərkibində sadə zülallar (albumin və qlobulinlər) çoxluq təşk...
31/08/2025

🥚 Yumurtanı faydalı qida növü edən bu xüsusiyyətləridir:

🔸️ tərkibində sadə zülallar (albumin və qlobulinlər) çoxluq təşkil etdiyindən orqanizm tərəfindən asan mənimsənilir;

🔸️ D vitamini ehtiva edən qida növü kimi orqanizmin immun sisteminin möhkəmlənməsini, həmçinin sümük toxumasının formalaşmasını təmin edir;

🔸️ tərkibindəki antioksidantlar (lutein, zeaksantin, selen və s.) fəal bioloji xüsusiyyətə malik olmaqla, orqanizmi toksinlərdən təmizləyir və görməni yaxşılaşdırır;

🔸️ xolin və luteinlə zəngin olan yumurta qəbulu həm orqanizmdə sinir sisteminin fəaliyyətini, həm də yaddaş və mental funksiyaları tənzimləyir;

🔸️ yumurtanın tərkibindəki dəmir (ovotransferrin) orqanizm tərəfindən asan mənimsənildiyindən anemiyaların qarşısının alınmasında mühüm rol oynayır.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası

06/08/2025

Pendir fokus-pokusu! "Atena" firmasının "İsmayıllı" pendirinin son istifadə vaxtı heç zaman bitmir, eləcə öz-özünə uzanır. Bu işi Bravo Supermarket Azerbaijan ("Sahil") edir, yoxsa Atena firması? Sualın cavabını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bilər
Məhsəti Hüseynova
Qida Təhlükəsizliyi Hərəkatı
Ilhame Nasir

📢 Toyuqlara hormonal yemlərin verilməsi...Ətlik cücələrin 42 gün kimi qısa müddətdə kəsim çəkisinə çatmaları tamamilə ge...
05/08/2025

📢 Toyuqlara hormonal yemlərin verilməsi...

Ətlik cücələrin 42 gün kimi qısa müddətdə kəsim çəkisinə çatmaları tamamilə genetik seleksiya, balanslı qidalanma, yaxşı idarə olunan mühit şəraiti və xəstəlik nəzarəti sayəsində əldə olunan bir məhsuldarlıq uğurudur. Ətlik cücələr 1930-cu illərdən bəri aparılan seleksiya işləri nəticəsində daha sürətli böyüyən, yemi daha yaxşı mənimsəyən və daha çox əzələ inkişaf etdirən cinslərdən seçilərək formalaşdırılmışdır. Bu, təbii seleksiyanın müasir üsullarla sürətləndirilmiş formasıdır. Həmçinin ətlik cücələr elmi tədqiqatlara əsaslanaraq hazırlanmış yem rasionları ilə qidalanırlar. Bundan əlavə, havalandırma, işıqlandırma, yerləşmə sıxlığı kimi ətraf mühit amilləri heyvan rifahı və məhsuldarlığı optimallaşdırmaq üçün tam nəzarət olunan sistemlərdə idarə olunur.

🎯 Nəticə olaraq, ətlik cücələrin sürətli böyüməsi tamamilə təbii fizioloji inkişaf qabiliyyəti və elmi idarəetmə sayəsində baş verir.

Azərbaycanda ətlik cücələrə və yumurta toyuqlarına hormon verilməsi qanunla qadağandır, elmi və texniki baxımdan da mümkün deyil. Çünki təsirli bir nəticə əldə etmək üçün ya hər gün heyvanlara inyeksiya edilməlidir ki, bu, həm praktik, həm də maliyyə baxımından qeyri-mümkündür, ya da hormon yemin tərkibinə qatılmalıdır ki, bu da işə yaramaz, çünki hormonal molekullar heyvanların həzm sistemində, xüsusilə də mədənin aşağı pH səviyyəsində parçalanır. Bundan başqa, ətlik cücələr genetik olaraq sürətli böyüməyə uyğunlaşdırılmış cinslərdən olduğu üçün hormon istifadəsinə ehtiyac yoxdur.

‼️ Xülasə, hormon istifadəsi qanuni baxımdan qadağandır, elmi baxımdan lazımsızdır, texniki baxımdan mümkün deyil və iqtisadi baxımdan məntiqsizdir.

Mürvət Həsənli,

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası
@топовые поклонники

25/07/2025

Address

Ramsar
1007

Website

Alerts

Be the first to know and let us send you an email when Elin sözü posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elin sözü:

Share

Category

Birinci siz görün!

Oturun və izləyin