04/10/2025
Gözlənilən faciə reallaşır – Urmu gölünün ətrafı təxliyə olunur
Urmu gölünün quruması ilə başlayan duz fırtınalarının artması səbəbindən bölgədə ekoloji vəziyyət ən p*s hədd yaxınlaşıb.
Bu haqda İran Su Sənayesi Federasiyasının idarə heyətinin sədri Rza Hacı Kərimi xəbərdarlıq edib.
O, İranın İLNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, duz fırtınası səbəbindən Urmu gölünə bitişik əyalətlərin boşaldılmasına başlanılıb.
“Bu gün Urmiya gölü komada olan təcili yardım xəstəsi kimidir, bu isə hələ faciənin başlanqıcıfır”,- Hacı Kərimi əlavə edib.
Su Sənayesi Federasiyasının idarə heyətinin sədri, Urmiya gölünün 1995-ci ildən proqnozlaşdırılan ölümünün indi reallaşmaqda olduğunu deyib.
Qeyd edək ki, son məlumatlara görə, Urmu gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur.
İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün bərpası olduğunu bildirmişdi.
Bu haqda İran Su Sənayesi Federasiyasının idarə heyətinin sədri Rza Hacı Kərimi xəbərdarlıq edib. O, İranın İLNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, duz fırtınası səbəbindən Urmu gölünə bitişik əyalətlərin boşaldılmasına başlanılıb. “Bu gün Ur...