16/11/2025
Azərbaycanlı sahibkar “Bir-Yer.az” adlı milli startapını təqdim etdi - ölkənin yeni məkan axtarış platforması istifadəyə verildi
Sosial şəbəkələrdə bu gün sürətlə yayılan videoda 30 il Belarusiyada yaşamış, son iki ili isə ölkəmizdə öz İT şirkətini quran azərbaycanlı sahibkar Vüsal Qarayev yeni milli tətbiqi bir-yer.az platformasını ictimaiyyətə təqdim edir.
Bir-Yer komandaya görə Azərbaycanda məkan tapmaq üçün ən rahat, ən sadə və ən funksional platforma kimi təqdim olunur.
İstifadəçi bir neçə kliklə ailəvi istirahət, dəniz kənarında vaxt keçirmək, açıq hava terası, canlı musiqi, eləcə də 20 nəfərlik ad günü və ya şənlik üçün məkan tapa bilər.
Lazımi filtr seçildikdən sonra sistem uyğun məkanları avtomatik göstərir.
Platforma geniş funksionallığı ilə diqqət çəkir:
• menyu və qiymətlərə öncədən baxmaq
• bir toxunuşla məkana zəng etmək
• lokasiyanı açaraq xəritədə yol tapmaq
• məkanın Instagram hesabını dərhal açmaq
• xüsusilə xanımlar üçün - WhatsApp vasitəsilə yazmaq imkanı İstifadəçilər eyni zamanda öz rəy və təcrübələrini əlavə edərək digər insanlara da kömək edə bilirlər. Platformanın yaradıcıları bunu ölkənin məkansal məlumat bazası adlandırır.
Vüsal videoda qeyd edir ki, bu cür layihələr yalnız cəmiyyətin dəstəyi ilə böyüyə bilər.
Startap müəllifi insanları milli İT məhsuluna dəstək olmağa çağırır:
• videonun altında dəstək dolu şərhlər yazmaq
• videonu dostlarla paylaşmaq
• Bir Yer-də tapılmayan sevimli məkanı “+biryer” düyməsi ilə “qonaq kimi əlavə et” seçərək sisteme daxil etmək
Vüsalın sözlərinə görə, Bir Yer təkcə tətbiq deyil - ölkəmizin texnoloji gələcəyə doğru atdığı real addımdır.
Video isə Vüsal Qarayevin geniş yayılan motivasiya dolu fikri ilə bitir:
🔥Gələcəyimizi birlikdə yazırıq!🔥