İsveçsayağı

İsveçsayağı instagramda
İsveçdə yaşayan Azərbaycanlı 🇦🇿
Azerbajdzjansk som bor i Sverige 🇸🇪

08/08/2026

Lahıcda qonaqpərvərlik.

Aidə xanım və gözəl ailəsinə dərin minnətdarlığımı bildirirəm. ❤️🙏

19/06/2026

Bəs sizin yaşadığınız ölkədə Midsommara bənzər bayram varmı?

02/06/2026

İsveçsayağı nahar fasiləsi

Helsingborg şəhəri   İsveçin çox danışılmayan, amma insanı ilk baxışdan özünə bağlayan şəhərlərindən biri.Bir tərəfdən t...
18/05/2026

Helsingborg şəhəri
İsveçin çox danışılmayan, amma insanı ilk baxışdan özünə bağlayan şəhərlərindən biri.

Bir tərəfdən tarix, bir tərəfdən isə Danimarka ilə İsveçi ayıran dəniz.
Kärnan qülləsinin əsrlərdən gələn duruşu, Rådhusetin möhtəşəm memarlığı, Handelsbanken binasının şəhərə ayrı bir yaraşıq qatması.

Kärnandan mərkəzə enən o böyük pillələr, sakit parklar, dəniz qırağında uzun gəzintilər mənim ən yaxşı terapiyalarımdandır.
Bəzən bir şəhəri sadəcə gəzmirsən, onu hiss edirsən.

Maraqlıdır ki, illər öncə anam İsveçə ziyarətə gələndə ən çox bəyəndiyi şəhər də məhz Helsingborg olmuşdu.
İndi bu şəhərə hər baxanda onun o heyranlığını daha yaxşı anlayıram.

Bəzi şəhərlər insanın yaddaşında şəkil kimi qalır,
bəziləri isə hiss kimi…

Candid photo…
29/04/2026

Candid photo…

Bayramınız mübarək, dəyərli xanımlar! 🌹
08/03/2026

Bayramınız mübarək, dəyərli xanımlar! 🌹

Son vaxtlar İsveçdə bağçaların bağlanması çox müzakirə olunur. Bunun əsas səbəbi uşaq sayının azalmasıdır. Bu barədə hek...
04/03/2026

Son vaxtlar İsveçdə bağçaların bağlanması çox müzakirə olunur. Bunun əsas səbəbi uşaq sayının azalmasıdır. Bu barədə hekayəni yəqin qaçırmamısınız. Belə ki, doğumlar düşüb, bir çox bağçada yerlər boş qalır və bələdiyyələr xərcləri azaltmaq üçün bağçaları birləşdirir və ya bağlamaq qərarını almağa məcbur qalır.

Bağça bağlananda işdən çıxarmalar adətən İsveçdə tətbiq olunan “son (işə) girən – birinci çıxar” prinsipinə əsasən aparılır. Yəni bu sahədə uzun illər təcrübəsi olsa belə, həmin bağçada daha az müddət işləyənlər ilk risk qrupuna düşür. Praktikada çox vaxt ən az işləyən son 2–3 nəfər işdən çıxarılır, daha uzun müddət işləyənlər isə digər bağçalara yerləşdirilməyə çalışılır.

Bu prosesdə işçiləri Sveriges Lärare təmsil edir. Facket danışıqlarda iştirak edir və prosesin qanuna uyğun aparılıb-aparılmadığını yoxlayır, amma bağçaların bağlanması və ya kimin qalacağı qərarını birbaşa onlar vermir.

Məsələ demoqrafik azalma və sistem qərarları ilə bağlıdır və bu da bir çox bağça işçisi üçün ciddi narahatlıq yaradır.

20/02/2026

Sizcə bağça uşaqlarına sərbəstlik verilməlidirmi?

Qeyd: İsveç qanunvericiliyinə əsasən bağça uşaqlarının çəkilməsi və paylaşılması qadağandır. Bu səbəbdən videoda uşaqlar görünmür.

16/02/2026

Məni xoşbəxt edən ölkə deyil, yanımdakı əziz insanlar, bir də ruhumu oxşayan bu səssiz-sakit yağan qar… 🌨️❄️

Onun varlığında dünya daha təhlükəsiz görünür.Bir qadının baxışında mərhəmət,bir uşağın toxunuşunda sonsuz güvən var.Sev...
14/02/2026

Onun varlığında dünya daha təhlükəsiz görünür.
Bir qadının baxışında mərhəmət,
bir uşağın toxunuşunda sonsuz güvən var.
Sevgi bəzən iki nəfərlik deyil, sevgi başqa bir ürək böyütməyə qadir bir sehirdir! ❤️ Sevin və sevilin! 🙏

Adress

Helsingborg

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när İsveçsayağı postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Genvägar

Dela