SAMM TV

SAMM TV SAMM TV xoş gəldiniz

Azərbaycan BMT tədbiri olan "Cop 29" kimi Beynəlxalq tədbirə ev sahibliyi ərəfəsində Avropa Parlamentinin qətnaməsini ta...
26/10/2024

Azərbaycan BMT tədbiri olan "Cop 29" kimi Beynəlxalq tədbirə ev sahibliyi ərəfəsində Avropa Parlamentinin qətnaməsini tam qərəzli və obyektivlikdən uzaq hesab edirəm. Orda qoyulan İnsan haqqları ilə bağlı olan məsələ əsasən "erməni separatçılarının siyasi məhbus kimi" göstərilməsidir. Tərəfsiz və qərəzsiz mövqeyi ilə hər zaman örnək olmuş "Turan İnformasiya Agentliyi"nin hazırladığı və açıq siyasi və ictimai mövqeyi ilə seçilən jurnalist Kamran Mahmudovun moderatorluğu ilə yayınlanan "Çətin sual" verilişi məncə bu mövzuya obyektiv yanaşmadır. Məmnuniyyətlə verilişi paylaşıram. Xahiş edirəm siz də diqqətlə baxın bəyənib v ə paylaşın.

Avropa Parlamentinin qətnaməsi nə dərəcədə obyektivdir? – Fuad Həsənov Çətin sualda“Çətin sual” Kamran Mahmudovla № 812Avropa Parlamenti Azərbaycanda insan h...

Bəli, Fətullah Gülən öldü. İslam Cumhuriyyəti qurmaq istəyirdi Türkiyədə. Amma nə hikmətdirsə uzaq Amerikada öldü. Pensi...
22/10/2024

Bəli, Fətullah Gülən öldü. İslam Cumhuriyyəti qurmaq istəyirdi Türkiyədə. Amma nə hikmətdirsə uzaq Amerikada öldü. Pensilvaniyada. “Kafirlər” məmləkətində.
Xomeyni də 1979-cu ildə Fransadan gəlmişdi İrana. Cumhuri islam qurdu orda... Amma Xomeyni ölsə də, qurduğu Cumhuri islam hələ də yaşayır və nəinki İrandakı xalqa zülm edir, hətta İrandan kənar terrorçuları da bəsləyir. İndi təsəvvür edin 2016 çevrilişi baş tutsaydı nələr ola bilərdi... Gülənin ölməsi belə Türkiyənin “qaranlıq” vəziyyətini işıqlandıra bilməzdi.
Fətullah Gülənin ölməsi xəbərinə görə yazdığım məqaləmi əziz dostum Etibar Cəbrayıloğlu yenə də reyting.az saytında dərc elətdirib. Bütün Reytingçilərə və Etibar bəyə təşəkkürlə məqaləni sizin hüzurunuzlə paylaşıram. Fikirləriniz maraqlıdır.
https://reyting.az/xeberler/122677-facieli-gulen.html

Rahim Telman Sadıqbəyli Rejissor, prodüser İsveç, Stokholm Hamı öləcək. Napaleon öldü, Hi**er də öldü, Stalin də, Fatih Sultan Metmet də, Şah İsmayıl da, Dəli Pyotr da. Mustafa Kamal Paşa Atatürk də. Xomeyni də... Putin də öləcək. Sən də öləcəksən, mən də. Atam r....

https://video.azertag.az/video/226346
29/09/2024

https://video.azertag.az/video/226346

İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi məqsədilə toplantı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğurunda şəhidlik zirvəsinə uc...

31/08/2024

Isveçin bilik kanalı Amerika və İngiltərənin birgə istehsalı olan "Tərk edilmiş tikililər" adlı TV seriyasının 8-ci mövsümünün 2-ci bölümünü yayınladı. Bu bölümdə təqdim edilən faktlara söykənən filmlər arasında 44 günlük Vətən müharibəsindən sonra xarabazara çevrilmiş Ağdamdan bəhs edən 12 dəqiqəlik "Dron müharibəsi" adlı film də var. The Argonon group tərəfindən çəkilmiş bu qısametrajlı filmdə Azərbaycanlı mənə marağlı gəldi. 43 dəqiqəlik proqramın əvvəlki filmi Ağdama həsr olunub. Filmin ingilis dilində olmasını nəzərə alaraq burda paylaşıram. Sizə də maraqlı olacaq. Bəyənin və paylaşın.
https://urplay.se/program/231283-overgivna-byggnader-dronarnas-krig

28/08/2024

Vətənim Fizuli🇦🇿🇦🇿
Allah Şəhitlərimizə Rəhmət eləsin!Şəhitlərimizin sayəsində Qarabagımıza Vətənimizə qovuşduq!🙏🏻🇦🇿🇦🇿

Anar müəllim mənim gəncliyimdə sevə-sevə oxuduğum görkəmli yazıçıdır. Dramaturji konfliktlərin ustasıdır yazıçı Anar. Hə...
29/07/2024

Anar müəllim mənim gəncliyimdə sevə-sevə oxuduğum görkəmli yazıçıdır. Dramaturji konfliktlərin ustasıdır yazıçı Anar. Hətta əvvəl sovet sonra müstəqil Azərbaycanda yaşamasaydı dünyada çox tanınmış yazıçı ola bilərdi deyə dəfələrlə düşünmüşəm. Elə bütün bunları nəzərə alaraq son "Qatardan qalan adam" hekayəsini "reklam olunandan sonra" məmnuniyyətlə oxudum. Lakin hadisələrin sanki günümüzdə deyil keçən əsrin 80-90 illərdə baş verdiyini qələmə almış ustad yazıçı. Çünki günümüzdəki 32 yaşlı milyoner hər şeyini kupedə buraxıb siqaret almağa stansiyaya düşmür. Avropanın lap bahalı əyalətlərində belə tualetlər pulsuzdur. Pullu olsa belə o qədər ucuzdur ki, siqareti alandan sonra qalan qalıq tualetə getməyə çatar. Daha sonra Macarıstan keçmiş sosialist ölkəsidir orda nifrət eləslər belə hər kəs rusca danışır. Avropadakı polisin insanlala rəftarı keçmiş sovet ölkələrindəki kimi deyil. Sevgilisi Kamilla onu Egerdə qarşılamalıydı. Qatar gəlir amma İshaq yoxdur. Kamilla narahat olmur ki? Daha sonra Ədhəm bəyə zəng eləmir ki, bəs bu hörmətli qonaq harda qaldı? Daha sonra həbsxanada ölür bunu araşdırmırlar ki, bu adam kimdir? İnternet dövrüdür ey Anar müəllim. 10 saniyəyə adamın kimliyi bəlli olur. Dahası, krimatoriya Avropada ən bahalı dəfn üsuludur. Aylarla bunun üçün vəfat edən adamın ailəsi növbəyə durur. Kimsəsizlər qəbiristanlığında dəfn edilsə idi ondan daha sərfəli qiymətə başa gələrdi. Nə isə suallar çoxdur. Allah Anar müəllimə can sağlığı versin. Məncə bir cümlə əlavə olunsaydı heç bu mübahisələrə ehtiyac olmazdı... "Keçən əsrin 90-cı illəriydi..."

25.07.24 - Qatardan qalan adam - Xalq yazıçısı Anar yazır...

Azərbaycanda fəaliyyət göstərən, TV, internet Tv və elektron kütləvi informasiya vasitələrinin rəhbərlərinin nəzərinə!!!...
27/03/2024

Azərbaycanda fəaliyyət göstərən, TV, internet Tv və elektron kütləvi informasiya vasitələrinin rəhbərlərinin nəzərinə!!!
Azərbaycanda, Türkiyədə, Rusiyada və Avropanın müxtəlif ölkələrindəki müstəqil və ictimai(public service) TV-larda çalışdığım təcrübəyə əsaslanaraq və əlbəttə ki, xalqımızın mənəvi dəyərlərini nəzərə alaraq, elmi-kütləvi və tədris proqramlarını eləcə də təhsil və biliyi əhatə edən verilişlərin layihələrini verə bilərəm. Əlbəttə ki, bu layihələrdə təsvir olunan verilişlər quru və cansıxıcı debat və dialoqlarla deyil, bədii əyləncəli talk-show, reality-show kütləvi və müəllif proqramlarının eləcə də kiçik həcmli təbliğati sosyal filmlərin təqdimatı ilə hazırlanacaq. Gənc rejissor və müəllifləri tv-lərə cəlb etməklə 10-15 seriyalı bədii tv seriallarının da layihələşməsində yardım edə bilərəm. TV-mütəxəssislərini Avropada və Türkiyədə staj-təcrübə keçməsinə də şərait yaratmağı düşünürəm.
Diqqət sual oluna bilər: Azərbaycana gəlmək istəyirəm?
Cavab: Bəli Azərbaycanla Vətənlə daha sıx əlaqədə olmaq istəyirəm.

24/02/2024

Futbol azarkeşi olmasam da "Qarabağ" futbol klubu mənim üçün və mən deyərdim ki, dünyada yaşayan vətəndaşlığından,cinsi, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün bir komandadan daha böyük bir anlam daşıyır. Əlbəttə bunun üstünə komandanın hər qələbəsi bizim üçün ən çox da futbol azarkeşləri üçün inanılmaz bir bayram və misli görülməmiş sevincdir. Bunu sosyal şəbəkədəki ayrı-ayrı paylaşımlardan, statuslardan da görmək mümkündür. 2000-ci ilin əvvəllərində doğulduğum Lənkəranda "Palmali" şirkətlər qurupunun lideri Mübariz Mənsimov Xəzər stationunu bərpa etdirməklə yanaşı Azərbaycan futbolunun formasını kökündən dəyişən ona yeni nəfəs verən "Xəzər Lənkəran" adlı futbol komandası yaratdı. Bu komanda az müddətdə milyonların rəğbətini qazandı və 100-lərlə gənc təəssüflər olsun ki, cənub bölgəsində çox yayılmış p*s aludəçiliyin arxasınca getməkdənsə məhz "Xəzər Lənkəran" futbol kulubunda yetişməyi və futbolu öz həyat tərzinə çevirməyi seçdilər. Əlbəttə ki, iş adamı Mübariz Mənsimov Azərbaycanda və əsas biznesinin mövcud olduğu Türkiyədə Azərbaycan üçün heç bir iş adamının görmədiyini, etmədiyini edib. Etdiklərini saysam gərək uzunuzadı bir status yazam. "Qarabağ" son qələbəsində Mübariz Mənsimovun yaratdığı "Xəzər Lənkəran" komandasının yetişdirməsi Nəriman Axundzadənin xüsusi yeri var. Təşəkkürlər Nəriman! Təşəkkürlər Qurban Qurbanov. Və əlbəttə ki, bu sevinci paylaşan həmyerlimiz Mübariz Mənsimova da təbriklər düşür. "Xəzər Lənkəranın" böyük arenaya qayıtması arzusuyla. Hörmətlə R.T.S

17/02/2024

2024 cü il fevralın 14 Abbas Əhmədin opera studiyasındakı çıxışından fragmentlər

Adress

Sollentuna
19147

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när SAMM TV postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Dela

İsveçdəki Media Mərkəzinin TV-si

Artıq 1 ildir ki, sizin hüzurunuzdayıq.