Mehdi Goyushov

Mehdi Goyushov girl in red.

11/09/2023
03/09/2023

Jaisalmer in India, where the colors perk up a few shades during the Desert Festival in February (2024 dates TBA). It's remote, unspoiled, and well worth a visit.

02/08/2023
01/08/2023
24/07/2023

Week 23

12/07/2023

43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. “4+4” lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub.

05/07/2023

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı Səyavuş Aslanın anım günüdür. Sənətkarın vəfatından 10 il ötür.

Allah rəhmət eləsin!

05/07/2023

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

30/06/2023

Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

27/06/2023
22/06/2023
21/06/2023

Atamı itirdim. Bir az əvvəl atam dünyasını dəyişdi. Bu gün taleyimə atamı itirəcəyim gün kimi yazılmalı imiş. Bu ağrının nə olduğunu, necə olduğunu sözlə anlatmaq qeyri-mümkündür və mən o fikri də heç yaxına buraxmırdım ki, hansısa bir gündə mən də ata boyda bir dünyadan məhrum olacam. Sənə dağ demirəm, dünya demirəm, çünki sən əllərinin qabarı, üzünün nuru, nəfəsinin istisi, müdrik məsləhətlərinlə bunlardan böyük idin. Ən çətin anlarımda mənə dayaq, mənim dirəyim idin. Bu gün mən səni itirdim ata.

Allah sənə rəhmət eləsin! Allah qəbrini nuru ilə şərəfləndirsin.

Atamı vətənimdə torpağa tapşıra bilməyəcəm. Çünki İstanbuldan çıxmamaqla bağlı məhkəmə qərarı qüvvədədir. İnanıram ki, mən orada olmasam da, siz mənim atamı tək qoymayacaqsınız. Bunu heç vaxt unutmayacağam.

Atam oğlu yanında olmadan torpağa veriləcək. Haqqını halal et, ata!

(C) Mübariz Mənsimov

14/06/2023

Ukraynanın Xerson şəhərində xilas edilən itin fotosu internet istifadəçilərini təsirləndirib.

“Qafqazinfo” xəbər verir ki, fotonu Rusiya-Ukrayna müharibəsi hadisələrini sənədləşdirən tanınmış fotojurnalist Sergey Korovaynı çəkib.

Fotoda itin öz xilaskarını qucaqlayaraq sanki öz təşəkkürünü bildirdiyi əks olunub.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir. Hazırda ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir.

07/06/2023

Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satan 10 yaşlı Elvinin videosu yayılıb.

Videoda bir neçə il əvvəl anasının onları qoyub getdiyini deyən azyaşlı qardaşı ilə birlikdə nənəsinin himayəsində yaşadığını qeyd edib. Elvinin sözlərinə görə, suya görə qazandığı 15 manatı isə mərhum atasına başdaşı düzəltdirmək məqsədilə nənəsinə verir.

Ailənin sosial vəziyyəti, hər hansı sosial yardım verilib-verilmədiyini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan “Qafqazinfo”nun​ sorğusuna cavab olaraq bildirildi ki, ailəyə ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub: “Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Yusubov Elvin Elbrus oğlu və qardaşı 13 yaşlı Yusubov Emin Elbrus oğlunun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Yusubova Fatma Bəşir qızına 327,2 manat yaşa görə pensiya ödənilir. Ümumilikdə ailəyə 567,1 manat aylıq sosial ödəniş edilir.

Ötən dövrdə ailə ünvanlı sosial yardım üçün heç zaman müraciət etməyib. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda olaraq onlara görüşüb. Ünvanlı sosial yardımla bağlı qanunvericiliyin tələbləri ailəyə izah olunaraq, ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə edilib. Müraciət edildiyi halda həmin ailənin sosial yardım almaq hüququna baxılaraq qərar veriləcək”.

Qeyd edək ki, artıq ötən gün sosial şəbəkədə Elvinin atasının məzarına başdaşı qoyulduğunu əks etdirən foto da yayılıb.

07/06/2023
30/05/2023

Bu gün ildırım vurması nəticəsində həlak olan hərbçimiz Davud Məmmədlinin fotosu

Address

Kanada
Bou Ficha

Alerts

Be the first to know and let us send you an email when Mehdi Goyushov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category