23/02/2026
24 dekabrdan bəri davam edən əzablı gözləmə bir həftə əvvəl cərrahi əməliyyatla sona çatdı. O dekabr günündə rutin müayinəm üçün mammoloqa getmişdim. Ailəmdə süd vəzi xərçəngi tarixi olduğu üçün ildə iki dəfə yoxlanıram. Çox şadam ki, Tünzalə xanım Məmmədova çox diqqətlə yanaşdı və dərhal müayinələrə başladı. Bayram günlərinə görə ilk nəticəni almaq üçün iki yarım həftə gözləməli olduq.
Sonra Onkoloji Mərkəzdə əlavə yoxlamalar, Ankaraya biopsiya üçün səfər, Güven Hastanesidı cərrahlarla görüş və nəhayət – əməliyyat.
Ağrı həddi sıfır olan, doğuşu epidural ilə keçirmiş, ən kiçik iynədən belə qaçan bir insan kimi əməliyyatdan sonrakı ilk 4 gün mənim üçün əsl cəhənnəm oldu. Şükürlər olsun ki, hər şey geridə qaldı və ümid edirəm ki, bir daha təkrarlanmaz.
Mən həmişə özümü “Allahın sevimli bəndəsi” adlandırıram. Bu dəfə də kainat mənə həm Bakıda, həm də Ankarada peşəkar həkimlər göndərdi.
İndi qarşıda reabilitasiya və çoxlu istirahət var, burada nadir hallarda görünəcəyəm.
Bu paylaşımı oxuyan bütün qadınlardan xahiş edirəm: zəhmət olmasa, tənbəllik etməyin və vaxtında lazımi müayinələrdən keçin. Sevdikləriniz naminə.❤️