16/10/2024
Hər şey yolunda getsin deyə mexanizimləşdirilmiş “mən”..🤖
İş yaxşı getsin deyə gün ərzində çay,su içə bilməyən , peşə xəstəliklərinin az qala hər növünü tapan “mən”…
Bütün əqli və fiziki bacarıqlarını sənin üçün “işləməyən” ortam üçün qoyan “mən”..
Ruhsuzlaşmamaq üçün vaxt tapmaq istəyib əylənmək,istəyən “ mən “ , orda da amandır, görən olar çox gülməyim deyib üstünə -üstünə ruhsuzlaşan “mən”…
Hər şey yolunda gedir deyə yenə sevinə bilməyən “mən”…
Ara-sıra səni səndən yaşı böyük olub ,özü böyük olmayanların “tövsiyəsi” : “Nə yaşın var ki ,gələcək qarşıda “ ..deyib sənin hər addımında yolunu kəsməyə çalışanlar..
İşdə və digər mühitdə emosiyaları düzgün idarə edərkən ,bir “krokadilin” - “Sən çox emosionalsan deyib “ səni səndən alması..
Hər kəsmi belədir? Deyil! Niyə? Mənim kimilər özünə güvənər, tutunar, “ onlar” isə kimlərəsə…
Beləcə nə edirsiz, yaxşıları yaxşılıqdan çıxardırsız sonra niyə , nə oldu bu cavanlara deyirik ?! Unutmayaq ki, o , p*s etməyə çalışdıqlarınız “cavanlardan” sizlərin evində də var..
Bir yaxşı cümlə oxumuşdum “ Elə yaşayın ki, kimsə sizi Allaha şikayət etməsin, əmanət etsin” .
Şəkildəki mən isə çox pozitivdir 💫