Reaksiya TV

Reaksiya TV Hər şey Azərbaycan üçün! "Reaksiya TV"
HƏR ŞEY AZƏRBAYCAN ÜÇÜN! Media qrupa "Reaksiya.az" portalı, "Karabakh.Today" e-jurnalı da daxildir.

"Reaksiya Media Group" MMC 07.07.2015 - ci il tarixdə "Məlumat agentliklərinin idarə olunması" kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. "Reaksiya TV" isə 01.07.2018 - ci il tarixdən "Reaksiya Media Group" MMC-nin tərkibində əsas yayım platforması "Youtube" üzərindən olmaqla, fəaliyyətə başlayıb. Hazırda isə “Facebook” və “Instagram” platformalarında da verilişlərimiz yüz minlərlə insan tərəfindən izlənilir.

Ünvan: Azərbaycan, Bakı şəh., Mətbuat pr., 23L AZ1073
Qaynar xətt: +99412 311 02 11, +99455 511 25 11 (WhatsApp/Telegram). E-mail: [email protected]

Təsisçi və direktor:
Zaur Qəriboğlu

❗️Sosial şəbəkələrdə “Çevik” kimi tanınan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu Dövlət Təhlükəsizliyi X...
14/09/2026

❗️Sosial şəbəkələrdə “Çevik” kimi tanınan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

“Reaksiya” xəbər verir ki, onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

14/09/2026
Hikmət Hacıyev: “1993-cü il o qadalı günləri yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcə...
14/09/2026

Hikmət Hacıyev: “1993-cü il o qadalı günləri yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”

O bildirib ki, həmin dönəm Kəlbəcərdən məcburi köçkün düşənlərin yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası olub:

“Həmin günləri mən bu gün də böyük faciə hissi ilə xatırlayıram. Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır.

Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək.

Bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Sizi, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn diplomatları həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə bir daha təbrik və sizə dərin təşəkkürümü bildirirəm.

Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiya...
14/09/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

12/09/2026

Bakıda “Starlight Academy” fəaliyyətə başladı

11/09/2026

“İnsanları bu qədər cərimə etmək olar?” - Sərdar Cəlaloğlu

10/09/2026

TƏCİLİ: Genişmiqyaslı hücum başladı. İtkilər var - Sərdar Cəlaloğlu CANLIDA

10/09/2026

Gəmi vuruldu. İki azərbaycanlı h*əlak oldu

❗️Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.Sabiq konsul Sultan Qasımov külli m...
10/09/2026

❗️Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

Sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

09/09/2026

İqbal Ağazadədən “Sosial ev”lər və tələbələrlə bağlı çağırış

Address

Istanbul
34840

Alerts

Be the first to know and let us send you an email when Reaksiya TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Reaksiya TV:

Shortcuts

Share