
03/07/2024
PAKİSTANDA XRİSTİANLARIN ÖLÜMÜNƏ ETİRAZ EDİLİB
Xristianlar Pakistanda ekstremistlərin hədəfi olmaqda davam edir. Ölkədə xristianların təqib edilməsi beynəlxalq ictimaiyyət tərəfindən tam olaraq tanınmayıb.
Keçən il çoxlu xristianlar Jaranvalada dəstə hücumları nəticəsində həyatını itirmişdi. Son hadisədə xristian ayaqqabı mağazasının sahibi Nazir Masih öldürülüb. Masihin ölümündən sonra Lahorda etiraz aksiyaları keçirilib. Etirazçılar hökumətdən hücum edənləri məsuliyyətə cəlb etməyi və xristianların ölümünə səbəb olan küfr qanunlarını ləğv etməyi tələb ediblər. Onlar həmçinin səlahiyyətlilərdən Nazirin qorxu içində yaşamaqda davam edən ailə üzvlərinin qayğısına qalmağı və onları müdafiə etməyi xahiş ediblər.
Etirazda müxtəlif dinlərdən olan insanlar da iştirak edib. Dini liderlər zorakılığa dərhal son qoymağa çağırıblar. (Mənbə: Persecution)
__________