05/14/2026
🎥 My Octopus Teacher
🟡 IMDb – 8.1
Həyatın mənasını itirmiş, ruhən yorulmuş bir adam — Kreyq Foster. O, dünyadan qaçıb okeanın soyuq sularına sığınarkən, orada qarşılaşacağı "müəllimin" bir dəniz canlısı olacağını ağlına bile gətirməzdi.
Bu, sadəcə bir sənədli film deyil; bir insanın özünü və təbiəti yenidən kəşf etməsinin dramatik hekayəsidir. Kreyq hər gün eyni suya baş vurur və orada yaşayan bir dişi osminoqun sirli dünyasına daxil olur. O, bu qeyri-adi canlının etibarını qazandıqca, aralarında heç bir dildə izahı olmayan bir bağ yaranır.
Osminoqun düşmənlərindən qaçmaq üçün qurduğu dahi planlar, yaralarını sağaltma gücü və qısa ömrünə sığdırdığı böyük fədakarlıq, Kreyqin həyata baxışını kökündən dəyişir. O öyrənir ki, biz təbiətin sahibi yox, sadəcə bir parçasıyıq.
Film bizə pıçıldayır ki, bəzən ən böyük həyat dərslərini bir kitabdan və ya insandan deyil, okeanın dibindəki balaca bir canlının sığınacağından ala bilərik.
Ölümün və həyatın qaçılmaz dövriyyəsində sən nə qədər "canlısan"? Bu sualın cavabını suyun altında axtarmağa hazırsan?
Hisslərinizə toxunacaq bir sənədli filmdir. Xoş seyrlər!