Amerikanın Səsi

Amerikanın Səsi Amerikanın Səsi ən böyük ABŞ beynəlxalq multimedia xəbər təşkilatıdır. Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir.

Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır. Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.

1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:

1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.

2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.

3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.

1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.

2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır. Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

Address

330 Independence Avenue SW
Washington D.C., DC
20024

Alerts

Be the first to know and let us send you an email when Amerikanın Səsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amerikanın Səsi:

Shortcuts

Share