AzVision

Call Directions Website Contact the business

AzVision Maraqlı, lazımlı, faydalı xəbər və təhlillər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava m...
02/11/2026

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb

O, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.

02/11/2026

Cihat Yaycı: Azərbaycan səfirliyi önündə etiraz edənlər bəlli bir qrupdur. Onlar arxasında FETÖ qrupuları kimi qruplar var. TDT-nin iki ən böyük gücü Azərbaycan və Türkiyədir.

02/11/2026

Regionda dəyişən geosiyasi reallıqlar və Azərbaycanın artan rolu

Regionda baş verən proseslər, formalaşan yeni siyasi münasibətlər və güc balansındakı dəyişikliklər Azərbaycanın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu gün Cənubi Qafqazda və ətraf regionda baş verənləri düzgün qiymətləndirmək üçün siyasi proseslərə geniş geosiyasi kontekstdən baxmaq vacibdir.
Azərbaycan artıq regional proseslərin yalnız iştirakçısı deyil, həm də mühüm istiqamətverici aktorudur.

27/10/2026
Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıbAzərbaycan Respublikasının...
16/10/2026

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.
Bu fikirlər Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir: “Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.

Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.

Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.

Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən sarsıtmaqdır.

Hibrid təhdid aktorları “hesablama propaqandası” metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər.

Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları "əks-səda kameraları" effekti yaradaraq istifadəçilərin yalnız öz mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə yönəldilir.

Bundan əlavə, "filtr qabarcıqları" mexanizmi ilə zərərli məzmun yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.

Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat üsullarına müraciət etmədən platformaların öz infrastrukturu vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.

Monitorinqlər zamanı, həmçinin müəyyən edilmişdir ki, Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin miqyasına baxmayaraq, Qalib Xalqımız qətiyyətli mövqe sərgiləyərək təxribatlara uymamış, dövlətin atdığı addımları birmənalı şəkildə dəstəkləmiş, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi köməyini bu gün də davam etdirir.

Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni cavabsız qoymayacaqdır.

Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli mövqelərinə görə dərin təşəkkürünü bildirir”.

Bakı mərkəzində kəlağayi yürüşü...
14/10/2026

Bakı mərkəzində kəlağayi yürüşü...

14/10/2026

*Birlik, nizam-intizam və vahid forma!*

Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə şagirdlər dərs gününə Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar. Şagirdlərin vahid məktəbli formasında nümayiş etdirdikləri birlik və nizam-intizam ürəkaçan mənzərə yaradıb.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlamasıTürkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, h...
13/10/2026

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:

Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.
Ətraflı👇

Xəbərlər Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması 13 Oktyabr 2026    13:47 Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmi...

Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?İranı başa düşdük; ordakı mühafizəkar molla rejiminin...
13/10/2026

Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
İranı başa düşdük; ordakı mühafizəkar molla rejiminin nə istədiyini anladıq. Türkiyəli qardaşlarımıza nə düşüb?! Türkiyə axı İran deyil. İslam Respublikası deyil. Rəsmən şəriətlə idarə olunmur.
Ancaq Türkiyənin mediasına, sosial mediasına baxanda adamın başından tük qabarır. Çoxsaylı səhifələr, hesablar, bir qism media strukturları var, SEPAH mediasının narrativlərini titajlayırlar.

İranlılar yalan olub, bunlar gerçək: xeyli adam sosial mediada və ənənəvi mediada yuyulmamış qaşıq kimi özünü atıb ortaya. Qol-qola tutuşub, Azərbaycanın üzərinə gəlirlər.
Ətraflı👇

Ancaq Türkiyənin mediasına, sosial mediasına baxanda adamın başından tük qabarır. Çoxsaylı səhifələr, hesablar, bir qism media strukturları var, SEPAH mediasının narrativlərini titajlayırlar.

Address

Bülbül Prospekti, 34
Baku
AZ1014

Alerts

Be the first to know and let us send you an email when AzVision posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AzVision:

Shortcuts

Share

Nearby media companies